|
Elman Rüstəmov: Manatın devalvasiyası ilə bağlı gözləntilər yoxdur

Azərbaycanda dolların məzənnəsinin manata nisbətdə artması ilə bağlı gözləntilər yoxdur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

E.Rüstəmov qeyd edib ki, bu gün devalvasiya barədə danışmaq qeyri-ciddilikdir:

 

“Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir, tədiyyə balansında profisit qeydə alınıb”.