|
Anası bu uşağın dərisini soyur

Harlequin genetik bir xəstəlikdir və dərinin həddəsn artıq keratinləşməsi ucbatından bədən tamamən qabıqla örtülür. Bu qabıqlar mikroblara qarşı həssasdır.

“Daily Mail” qəzetinin xəbərinə görə, 5 yaşındakı Evan Fascino əsasən ölümcül olan bu xəstəliklə mübarizə aparır. Dərisi normalda olduğundan 10 qat sürətlə böyüyür. Evanın anası oğlunu çimizdirəndə onun dəri töküntülərini yığışdırmaq üçün xüsusi torbadan istifadə edir. Daim infeksiya təhlükəsi altında olan Evanın anası gündə iki dəfə oğlunun dərisini soyur. Əks təqdirdə, qabıqlar qalınlaşa və soyulması qeyri-mümkün vəziyyətə gələ bilər.

Anası eyni zamanda hamamdan sonra Evanın dərisinə qurumanın qarşısını almaq üçün nəmləndirici krem də sürtür. Həkimlər isə bildirir ki, bu, çox nadirən görülən və səbəbi bilinməyən genetik bir xəstəlikdir. Uşaqlara bu xəstəlik adətən valideynlərindən keçir.