Böyük Britaniya sakini Emma Lyuis yuxuda olan oğlunu az qala saçları ilə necə boğub öldürə biləcəyindən danışıb. Onun hekayəsini “The Mirror” nəşri paylaşıb. 29 yanvar, çərşənbə axşamında qadın bir yaşlı oğlu Linkolnla yatmağa gedib. Qadın etiraf edib ki, heç vaxt uşağı əlavə yataqda yatızdırmayıb. 35 yaşlı 6 uşaq anası bildirib ki, yuxuda ikən oğlunun dartındığını hiss edib. Qadın oyananda görüb ki, saçları Linkolnun boğazına necə dolanıb.
Qadın panikaya düşüb və oğlunu xilas etməyə çalışıb. Amma onun bu cəhdləri daha da uğursuz nəticə verib və qadının saçları uşağı daha da boğmağa başlayıb. Qadın barmaqlarını saçlarının altına salmağa çalışanda isə uşaq boğulmağa başlayıb. Qadın qorxudan qışqırmağa başlayıb, səsə qonşu otaqdan əri gəlib və uşağı anasının saçlarından xilas etməyi başarıb.
Qadının sözlərinə görə, uşaq ciddi xəsarət almayıb, amma çox qorxub. Körpənin boğazında saçların izləri qalıb. Qadının özü isə ciddi şəkildə həyəcanlanıb və bir neçə gecə yuxuya gedə bilməyib.
“Mən hər zaman yatmazdan əvvəl saçlarımı yığırdım. Amma bu dəfə baş ağrıma görə onları açıq qoydum və yuxuya getdim”. Emma bunları deyəndən sonra digər qadınlara bu səhvi təkrarlamamağı xahiş edib.
