"Qalatasaray" heyətinə daha bir futbolçu cəlb edib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi "Standard"ın müdafiəçisi Kristian Luyindamanı bu mövsümün sonuna kimi icarəyə götürüb. "Qalatasaray"ın Belçika təmsilçisinə 3 milyon avro icarə haqqı ödəyəcəyi vurğulanıb.
Qeyd edək ki, Türkiyə klubu yayda təzminat ödəyərək konqolu oyunçunu birdəfəlik ala biləcək.
