|
Rus futbolçu "Başakşəhər"də

Türkiyə Superliqasının lideri "Başakşəhər" heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilşisi "Rubin"dən ayrılan Fyedor Kudryaşovla 1.5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 31 yaşlı rus müdafiəçi bu mövsüm Rusiya Premyer Liqasında 9 matçda oynayıb.