|
Acun Şeymaya hədiyyə aldığı evi 78 milyona satır

Acun Ilıcalı Şeyma Subaşı ilə yaşadıqları evi satışa çıxarıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hələ də həmin malikanədə qalan Şeyma isə özünə yeni ev axtarmağa başlayıb.

Bildirilir ki, Acun Şeymaya toy hədiyyəsi olaraq aldığı evi 78 milyon 197 min lirəyə (təxminən, 25 milyon 361 min manat) satır.

Qeyd edək ki, Ilıcalı həmin evi 56 milyon lirəyə (təxminən, 18 milyon 164 min manat) almışdı.