|
Məşhur müğənninin atası reanimasiyaya yerləşdirildi

Türkiyəli müğənni Tuğba Özerkin atası xəstəxanaya yerləşdirilib.

 
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə Tuğba özü məlumat verib. 

O, atası ilə foto paylaşaraq bu sözləri yazıb:

"Atam. Canımın yarısı. O qədər çətindir ki... Bu ağrı keçsin. Yaxşılaşacaqsan və yenə qəhqəhələrimizin səsi yayılacaq. Ən öndə əyləşib yenə məni izləyəcəksən. Səni çox sevirəm".