|
Avtomobili elektrik dirəyinə vuran sürücü hadisə yerində ölüb

Avtomobili elektrik dirəyinə vuran sürücü hadisə yerində ölüb.

DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 30-da saat 23 radələrində Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində qəsəbə sakini Əzəmməd Hidayətov idarə etdiyi “VAZ-21124” markalı avtomobili elektrik dirəyinə vurub və hadisə yerində ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.