Yanvarın 31-də A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tamaşaçılar üçün iki səhnə əsərini -“Pişiyin evi” və “Qoğal”ı təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, sənət ocağının yaradıcı kollektivi rusdilli tamaşaçıları da yaddan çıxarmayıb. Belə ki, teatrsevərlər saat 18.00-da “Qoğal”ı rus dilində izləmək imkanı qazanacaq.
Qeyd edək ki, sənət ocağının səhnəsində yanvar ayı ərzində rusdilli tamaşaçılar üçün 8-dək səhnə əsəri nümayiş olunub
