|
ABŞ-da helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

ABŞ-ın Ohayo ştatında təcili tibbi yardım helikopteri qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 3 ekipaj üzvü həlak olub. Qəza yerli vaxtla 15:00-da baş verib.

 

Qəzanın səbəbləri məlum deyil. ABŞ Federal Aviasiya İdarəsi hadisə ilə bağlı araşdırma aparır.