|
ABŞ milli kəşfiyyat direktoru: Ermənistan və Azərbaycan arasında gərginlik irimiqyaslı hərbi münaqişənin potensial mənbəyi kimi qalır

Dağlıq Qarabağ münaqişəsi böyüyə bilər və, hətta, bu və ya digər dərəcədə Rusiyanı "cəlb" edə bilər.

Trend-in məlumatına görə, bunu ABŞ-ın milli kəşfiyyat direktoru Deniel Kouts deyib.

 

Kouts bildirib: "Ermənistan və Azərbaycan arasında gərginlik özünə Rusiyanı da cəlb edə biləcək irimiqyaslı hərbi münaqişənin potensial mənbəyi kimi qalır".