|
Ukraynada 46 nəfər namizədliyinin qeydə alınması üçün sənədlərini MSK-ya təqdim edib

Ukraynanın Mərkəzi Seçki Komissiyasının növbəti iclasında iş adamı Sergey Tarutanın prezidentliyə namizədliyi qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bununla da MSK tərəfindən qeydə alınan prezidentliyə namizədlərin sayı 23-ə çatıb. Artıq 46 nəfər namizədliyinin qeydə alınması üçün sənədlərini MSK-ya təqdim edib.

Xatırladaq ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Qeydə alınan prezidentliyə namizədlərin sayının 30-u ötəcəyi proqnozlaşdırılır