Böyük Britaniyanın sonsuzluq diaqnozu qoyulan sakini iki uşaq dünyaya gətirib. Ona 2007-ci ildə yumurtalıqların fəaliyyətində pozuntu diaqnozu qoyublar. Janna Karpenter əri Maykla birlikdə uşaq sahibi olmaq üçün bütün mümkün vasitələrə müraciət edib. Amma bu üsullardan heç biri uğurla nəticələnməyib. Karpenterin fikrincə, o, idman zalını mütəmadi ziyarət etməyə başladığı üçün hamilə qala bilib. Həkimlər onun sonsuzluğuna əmin olsalar da, üç il bundan öncə qadın ilk qızı Nensini dünyaya gətirib.
“Mənə sonsuz diaqnozu qoyanda mən elə bil ki, boşalmışdım. Mən həkimin bu rəyinə əsla şübhə etmirdim. EKO prosedurandan keçmək çox çətin idi. İkinci dəfə hər şey düzgün işlədi, amma uşağı itirdim. Ərim bu prosesi çox çətin keçirdi”.
Birinci uşağın dünyaya gəlişindən sonra Karpenter özünü nisbətən xoşbəxt hiss edirdi və ümid edirdi ki, yenə hamilə qalacaq. “Mən hər zaman iki uşaq anası olmağı arzulayırdın. Ona görə də iki il sonra hamilə qalmam mənimçün gerçək möcüzə idi”. Bunu da xoşbəxt ana deyib.
Britaniyalı qadın iki sağlam qız uşağı dünyaya gətirib və daha bir uşaq dünyaya gətirməyi planlaşdırmır. Deyir ki, hələ bilmək olmaz, həyat ona nələr gətirəcək.
