|
La Liqa klubunda yeni baş məşqçi

İspaniyanın “Vilyareal” klubu yeni baş məşqçisinin adını açıqlayıb.

Qol.az-ın klubun rəsmi Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, La Liqa təmsilçisini sabiq çalışdırıcısı Xavyer Kalyexa çalışdıracaq. O, bu vəzifədə bu gün istefaya göndərilən Luis Qarsiya Plasanı əvəzləyib.

Qeyd edək ki, X.Kalyexa dekabrın 10-da komandadan göndərilmişdi.  “Vilyareal” La Liqada 15 turdan sonra 14 xalla 17-ci pillədədir.