|
“Adsız yüksəkliklər” Bakıda ilk dəfə nümayiş olunub

“Park Cinema”da rejissor Hilal Baydarovun ekranlaşdırdığı “Adsız yüksəkliklər” bədii filmi nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, xronometrajı 93 dəqiqə olan ekran əsərində rejissor fəlsəfi bir problemi - insanın təbiət qarşısında diz çökməsini ortaya qoyur. Bu ekran əsəri hazırda beynəlxalq festivallarda uğurla nümayiş olunur.

Rejissor bu filmində təkəbbürün, birgəyaşayışın və iyerarxiyanın mahiyyətini tədqiq edir