|
Musiqili Teatrda balacalar üçün maraqlı tamaşalar göstəriləcək

Azərbaycan Dövlət Musiqili Teatrı gələn ay balaca tamaşaçıları üçün maraqlı səhnə əsərləri hazırlayıb.

Balacalar maraqlı tamaşaları izləməklə yanaşı, həm də səhnədə teatrın tanınmış və sevilən aktyorlarını da görə biləcəklər.

Azyaşlı tamaşaçılar əvvəlcə fevralın 2-də “Qızıl cücə”, fevralın 3-də “Qırmızı papaq”, 9-da isə “Dəcəl çəpişlər”i izləyəcəklər.

Fevralın 10-da “Bir dayan canavar”, 16-da “Düyməcik”, 17-də isə “Meşə çaqqalsız olmaz” tamaşaları azyaşlı tamaşaçıların ixtiyarına veriləcək.