|
Neymarın durumu - martın sonuna kimi...

PSJ-nin zədəli futbolçusu Neymarın son durumu müəyyənləşib.

Qol.az-ın  "L'Équipe"yə istinadən yaydıı xəbərə görə, 26 yaşlı hücumçunun onun martın sonuna kimi yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki, braziliyalı oyunçu Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted"lə hər iki görüşü buraxacaq.

 

Qeyd edək ki, Neymar Fransa kubokunun 1/16 finalında "Strasburq"a qarşı matçda zədələnib.