|
"Atletiko" ilə oyunu buraxacaq

"Yuventus" ciddi itki ilə üzləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın əsas müdafiəçilərindən olan Leonardo Bonuççi zədələnib.

 

İtaliya mətbuatı  A Seriyasının 21-ci turunda “Latsio” ilə görüşdə zədə alan 32 yaşlı futbolçunun 1 ay meydana çıxa bilməyəcəyini yazıb. Bu isə o  deməkdir ki, Bonuççi Çempionlar Liqasının 1/8 finalında "Atletiko" ilə ilk oyunu buraxacaq.