|
İranın iqtisadiyyat və maliyyə naziri Azərbaycana gələcək

İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd Bakıya səfər edəcək.

Bu barədə Trend-ə İranın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

 

Səfərdə iranlı naziri Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının üzvləri müşayiət edəcək.

Səfərin 14-15 martda baş tutacağı proqnozlaşdırılır.