|
“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert

Martın 1-də "Gənclərə dəstək" layihəsi çərçivəsində Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin növbəti konserti olacaq.

AZƏRTAC xəbər verir ki, Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında Mustafa Mehmandarovun dirijorluğu ilə keçiriləcək konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.

Konsertdə solist qismində Aydan Salamova, Natəvan Həsənova və Arslan Növrəsli çıxış edəcəklər