|
Evo Morales Boliviyada ilkin seçkilərdə qalib gəlib

Boliviya Prezidenti Evo Morales partiyada keçirilən ilkin prezident seçkilərində qalib gəlib. Trend-in məlumatına görə, bundan sonra Morales namizədliyini prezident seçkilərində irəli sürə bilər.

Moralesin seçkilərdə 89.7% topladığı bildirilir.

 

Xatırladaq ki, dekabr ayında Ali Məhkəmə Moralesə ilkin seçkilərdə namizədliyi irəli sürməyə icazə verib.