|
Ağdaşda mərkəzi bazarda elektrik sayğacları yanıb

Ağdaş rayonunda mərkəzi bazarda yanğın olub.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun mərkəzi bazarının ərazisində elektrik lövhəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı yanıb.

Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.