|
Monako" Anrini baş məşqçi vəzifəsindən uzaqlaşdırıb

Monako" futbol klubu Tyerri Anrini baş məşqçi vəzifəsindən azad etdiyini bildirib.

Trend-in məlumatına görə, yekun qərar çıxarılanadək məşqçi müvəqqəti olaraq əsas komanda ilə işdən kənarlaşdırılıb.

 

Xatırladaq ki, daha öncə Anri bir sıra futbolçuları məşqlərdən kənarlaşdırdığını bildirmişdi. 

Anri 2018-ci ilin oktyabrından komandaya başçılıq edir. Hal-hazırda, "Monako" 21 turdan sonra 15 xalla "autsayder" zonasında 19-cu yerdə qərarlaşıb.