|
Meksikada boru kəmərində baş verən partlayış qurbanlarının sayı 100-ə çatdı

Meksikada boru kəmərində baş verən partlayış nəticəsində ölənlərin sayı 100-ə çatıb.

Daha öncə 96 nəfərin öldüyü bildirilirdi.

Trend-in məlumatına görə, daha 4 nəfərin öldüyünü ölkənin Sosial Siğorta İnstitutu özünün saytında bildirib.

 

"Həmin xəstələrə Mehiko ştatının ixtisaslaşdırılmış Lomas-Verdes klinikasında kömək göstərilirdi", deyə məlumat dadeyilir.

Xatırladaq ki, yanvarın 18-də İdalqo ştatının Tlauelilpan rayonunda icazəsiz qoşulmalara görə yaranan yanacaq sızması nəticəsində partlayış baş verib.