|
Türkiyədə poçt şöbəsində partlayış

Türkiyənin Konya vilayətində poçt şöbəsində partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

 

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Partlayışın səbəbi və digər təfərrüatlar barədə məlumat verilmir.