Xəbər verdiyimiz kimi, Əfqanıstanda əksəriyyəti kişilərdən ibarət olan bir qrup, Ferhundə adlı gənc qadını döyərək öldürmüş daha sonra isə yandırmışdılar. Qrup qadını "Quranı-Kərimi" yandırmaqda günahlandırırdı. Həftə sonu Əfqanıstanda Ferhundə dəfn edilib. Dəfn mərasimindən sonra isə böyük mitinq keçirilib və bir çox şüarlar səsləndirilib. İstintaqın nəticəsi olaraq qadının Quranı yandırdığı iddiaları isə rədd edilib.
