Bu gün biz ölkəmizdə gənclər arasında sahibkarların sayının artmasında maraqlıyıq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasın prezidenti Məmməd Musayev "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, cağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün ölkəmizdə sahibkarlar üçün əlverişli şərait yaradılıb: "Sadəcə, daha çox təşəbbüslə çıxış etməyə, cəsarətə, əzmkarlığa ehtiyac var".
M.Musayev əlavə edib ki, Azərbaycanda gənclərin məşğulluğu ümumi məşğulluğun ən əsas tərkib hissələrindən biridir: "Məhz keyfiyyətli orta, peşə və ali təhsil olmazsa, gənclər üçün layiqli iş yerlərindən danışa bilmərik. Təhsil proqramlarının təkmilləşməsinə, onların əmək bazarının tələblərinə uyğunlaşmasına ehtiyac var".
