|
İntihar üçün belə yol seçdi

Çilinin paytaxtı Santieqodakı bir zooparkda ilginc intihar hadisəsi baş verib. 20 yaşlı Franci Luis Ferrada adlı gənc çılpaq soyunaraq intihar etmək üçün özünü şirlərin qəfəsinə atıb. Şirlərin 20 yaşlı gənci parçaladığını görən zoopark işçiləri şirləri güllələyərək öldürüb.

Hadisənin şahidləri bildirib ki, şirlər qəfəslərinə girən gənclə öncə oynamağa başlayıb, daha sonra isə onu dişləyiblər. Şirlər onu dişləməyə başlayanda gənc dini sözlər deməyə başlayıb.

Zoopark nümayənədələri öncə şirlərə sakitləşdirici iynələr vurmağa çalışıb. Ancaq iynələr səhvən Ferradanın boynuna dəyib. Bu səbəbdən də zoopark işçiləri şirləri gələnlərin gözləri qabağında vurmaq məcburiyyətində qalıb. 20 ildir zooparkda qalan bu heyvanların öldürülməsi oranın işçilərini də, rəhbərliyi də kədərləndirib. Ferrada isə hadisədən ağır yaralı olaraq qurtulub.