|
Pittlə Şeronun sevgisi gündəmdən düşmür

İngilis mediası bir neçə gündür 55 yaşlı Bred Pittlə 43 yaşlı Şarliz Teronun sevgi münasibətlərini müzakirə edir. 

 

Axşam.az xəbər verir ki, aktyorlar özləri hələ də bu haqda açıqlama vermək istəmirlər. 

Bir neçə mənbə bildirib ki, cütlüyün yaxınlaşması məşhur brendlərdən birinin çəkilişi zamanı baş verib. Pitt və teron Adam Drayverlə birlikdə reklam çarxına çəkiliblər. 

Onlar yarım il bundan əvvəl bir araya gəliblər və uzun müddətdir birlikdədirlər. "The Sun" saytının xəbərinə görə, onların sevgisi isə dekabrın sonunda başlayıb.