|
Yığmamızın oyunu təxirə salındı

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət millimizin yoxlama oyunu təxirə salınıb. 

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu gün Rusiyanın “Krasnodar-3” komandası ilə keçirilməli olan matç əlverişsiz hava şəraiti ilə əlaqədar baş tutmayıb. Görüşün sabah keçiriləcəyi nəzərdə tutulub.