Müğənni Demet Akalınla həyat yoldaşı Okan Kurtun yenidən ayrılması ilə bağlı xəbərlər yayılıb.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, buna səbəb cütlüyün sosial media hesablarında bir-birini izləmədən çıxarması olub.
Məsələ ilə bağlı “2-ci sayfa” proqramına danışan Demet xəbəri təkzib edib:
“Biz onsuzda bir-birimizi izləmirik. Ayrılmamışıq. Axşam Dubaya gedirik. Okan paylaşdığım fotolara əsəbiləşir. “Onu niyə paylaşdın, bunu niyə paylaşdın” deyir, buna dözə bilmirəm. Ona görə də, boşanandan sonra bir-birimizi izləmirik”.
Qeyd edək ki, cütlük ötən il aralarında yaranan maddi problemə görə boşanmışdılar.
