|
Türkiyə Zap, Haftanin və Xakurkda terrorçuları vurdu

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında PKK terror təşkilatının silahlılarına qarşı əməliyyat keçirib. Trend-in məlumatına görə, əməliyyatın keçirməsi barədə Türkyə HHQ Baş Qərargahı xəbər yayıb.

Məlumata görə, əməliyyat çərçivəsində 6-dan çox terrorçu məhv edilib.

 

Əməliyyatların Zap, Haftanin və Xakurk rayonlarında keçirildiyi bildirilir.

Silahlılara qarşı əməliyyatların davam etdiriləcəyi qeyd edilib.