|
Qatı duman Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib

Bakıda qeydə alınan qatı duman Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib.

Bu barədə Trend-ə hava limanından bildiriblər.

 

Qeyd olunub ki, hazırda bütün uçuşları cədvələ əsasən həyata keçirilir:

“Təyyarələrin enişində və uçuşunda heç bir ləngimə müşahidə olunmur. Aeroport öz işini normal rejimdə davam etdirir”.