|
Görün vazilenlə nələr etmək olarmış...

Yanağa çəkdiyiniz ənliklə gözaltı arasına alamacıq sümüklərindən başlayaraq göz altına azacıq vazilen çəkmək dərini ipək kimi parlaq göstərəcək.

Parfümünüzü vuracağınız yerə vazilen çəksəniz qoxu çox qalacaq.

Qaşlarınızın istədiyiniz tərəfə hamarlanması üçün barmağınızın ucunda vazilen çəkin.

Hər gecə dodaqlarınıza bir az vazilen çəkməklə dodağlarınıza qulluq etmiş olacaqsınız.

Uzun və sıx kirpiklər üçün təmizlənmiş tuj fırçası ilə vazilenden istifadə edə bilərsiniz.

Azalmış pamadanızı (ya da ərzaq boyasını) bir qabda vazelin ilə qarışdırdıqda yeni dodaq boyası əldə etmiş olarsınız.

Ayaqlarınızı yumşaltmaq üçün ən təsirli nəmləndirici olan vazelini istifadə etməyi unutmayın.

Yatmadan əvvəl ayaqlarınıza vazelin çəkib, corab geyinin. Hətta döyənəkləri belə yumuşaldacaq sürün və corab geyinib yatın.

Bir parça şokoladla (təmiz olsun) bir az vazilen qatın. Əridin, qarışdırın bir-birinə və parladıcınız hazırdır.

Bir az vazelinlə makiyajınızı təmizləyin və üzünü yuyun.

Saçlarınızı rənglənmədən əvvəl alına, birçəklərə vazilen çəksəniz ləkə qalmaz.

Vazilenin içinə dəniz duzu əlavə edərək bədən pilingi əldə edə bilərsiniz.

Saçlarınızın ucundakı haçalara vazelinlə qulluq edə bilərsiniz.

Geyimlərdəki makiyaj ləkələrini vazelin istifadə edərək apara bilərsiniz.

Ayaqqabı və çantalarınızın parlaqlığını vazelinlə qoruya bilərsiniz.

Vazelenə bir az kirşan əlavə etdikdə dəri rəngli pomadaya çevrilir.

Dırnaq kənarlarına vazilen çəksəniz, dərini yumşaldaraq manikür təsiri yaradar.

Həssas göz dərinizə zərər vermədən qoyma kirpikləri çıxarmaq istəyirsinizsə, bir az vazilen çəkin.

Qaşıntını sakitləşdirmək üçün vazilendən istifadə edə bilərsiniz.

Pomada sürtmədən əvvəl dişlərə vazilen çəksəniz, pomadanız dişlərinizə bulaşmaz.