|
Rusiyada yaquar təlimçiyə hücum etdi, əlini qopardı

Omskda sirkdə təlim zamanı yaquar təlimçiyə hücum edib.

Trend-in məlumatına görə, heyvan qəfil hücum edərək təlimçinin əlini qoparıb. Həmin an videokameraların da lentinə həkk olunub.

 

Heyvan təlimçisi dərhal tibb müəssisəsinə aparılıb, səhhəti normaldır.