|
Kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı üzrə yeni qaydaların tətbiqinə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, agentliyin vəsaiti hesabına kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib.

Satış Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə təsdiqlənmiş yeni qaydalara uyğun aparılıb.