|
Masallıda evdən 9 min manata qədər pul oğurlayan şəxs saxlanılıb

Masallıda evdən 9 min manata qədər pul oğurlayan şəxs saxlanılıb. 

DİN-dən Trend-ə verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də rayon ərazisindəki evlərin birindən 8667 manat oğurlamaqda şübhəli bilinən Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vaqif Tağıyev saxlanılıb.