|
İranın buraxdığı peyk təyinat nöqtəsinə çata bilməyib

İranın "Payam" peyki fəzaya buraxıldıqdan sonra təyinat nöqtəsinə çata bilməyib.

Trend-in məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində İranın informasiya-kommunikasiya texnologiyaları naziri Mohamməd Cavad Azəri Cahrumi bildirib.

Onun sözlərinə görə, peyk buraxıldıqdan sonra 3 mərhələnin ikisini uğurla keçib.