|
“Unutsaq unudularıq” adlı rəsm sərgi açılacaq

Yanvarın 16-da Xətai Sənət Mərkəzində Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “Unutsaq unudularıq” adlı rəsm sərgisi açılacaq.

Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sərginin açılmasında məqsəd 20 Yanvar faciəsinin dəhşətlərini rəsm əsərləri vasitəsilə nümayiş etdirməkdir.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri də iştirak edəcək