|
Həm arıqladır, həm də qəbizliyə qarşı dərmandır - Xalq təbabəti

Qəbizlik müasir insanlar arasında ən yayılmış pozulmalardan biridir. Xalq təbabəti vasitələri qəbizliklə mübarizədə çox yaxşı effekt verir.

Milli.Az saglamolun.az-a istinadən sizə belə effektli vasitələrdən birini təqdim edir.

Bizə lazım olacaq: 1 dolu olmayan x.q buğda kəpəyi, 1 stəkan təzə qatıq, 4 qara gavalı qurusu.

 

Gavalını yaxşı yuyun, isti suda bir neçə dəqiqə saxlayın ki, yumşalsın, sonra xırda-xırda doğrayın və ya blenderdən keçirin. Gavalının üzərə buğda kəpəyi, sonra qatıq tökün, qarışdırın, 1 saat saxlayın, sonra qəbul edin. Bunu axşamdan etmək lazımdır. Qarışım bağırsaqları əla təmizləyir, qəbizliyi aradan qaldırır, arıqlamağa yardım edir.