|
Gözəl bədən quruluşuna görə bu meyvəyə borcludur
Cəsarətli paylaşımları ilə daim adından söz etdirən model və aktrisa Demi Rouz bu dəfə də ənənəsini pozmayıb.
Meksikada istirahət edən 23 yaşlı model həm bikinili paylaşımları, həm də gözəllik sirlərini izləyiciləri ilə bölüşüb.

O, daim qaragilə yediyini vurğulayıb. Səhifəsində əlində bir kasa qaragilə ilə şəkil yerləşdirən Demi adıçəkilən meyvənin antioksidanla zəngin olduğunu və arıqlamağa kömək etdiyini söyləyib.