|
Fransaya məxsus qırıcı təyyarə qəzaya uğrayıb

Fransa Hərbi Hava Qüvvələrinə məxsus Mirage 2000D döyüş təyyarəsi qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə ölkənin şərqində baş verib.

 

Təyyarə bu gün səhər saatlarında radarlardan itib. Təyyarənin qalıqları tapılıb. Qırıcının göyərtəsində iki ekipaj üzvü olub.