|
SSRİ Ali Sovetinin sonuncu sədri Anatoli Lukyanov vəfat edib

SSRİ Ali Sovetinin sonuncu sədri Anatoli Lukyanov vəfat edib. Trend-in məlumatına görə, bu barədə özünün “Twitter” səhifəsində Rusiyanın Smolensk vilayətinin qubernatoru Aleksey Ostrovskiy yazıb.

A.Lukyanov 89 yaşında vəfat edib.

 

Xatırladaq ki, 1993-cü ilin dekabrında A.Lukyanov birinci çağırış Rusiya Dövlət Dumasının deputatı seçilib.