|
ABŞ-da öz məktəbinə hücum hazırlayan şagird saxlanılıb

ABŞ-ın Napa ştatının polisi məktəbinə silahlı hücum hazırlayan 14-yaşlı məktəblini saxlayıb.

Trend-in məlumatına görə, məktəblinin evindən silahlı hücumun hazırlığını sübut edən əşyalar tapılıb.

 

Polisə şübhəli bilinən şəxsdən ünvanına təhdidlər alan məktəbin şagirdi müraciət edib. O həmçinin qeyd edib ki, hücumu planlaşdıran şəxs məktəbdə atışma törətmək istəyib.

Hücuma hazırlaşan şəxs polis tərəfindən saxlanılıb, digər məktəblilərin həyatı üçün təhlükə yoxdur.