İş yoldaşlarını bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə, bir nəfəri isə yaralamaqda təqsirləndirilən Surxay Əliyevin cinayət işi üzrə məhkəmə başlayıb.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Qətl hadisəsi ötən il iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən "Araz" Supermarketlər Şəbəkəsində baş verib.
Marketin əməkdaşları Vüqar Hüseynzadə və Kənan Səlimov Surxay Əliyev tərəfindən bıçaqlanıb.
Vüqar Hüseynzadə xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.
Bildirək ki, Surxay Əliyev bıçaqladığı şəxslərlə iş yoldaşı olub. Mübahisə də işdə olarkən başlayıb.
Məhkəmə iclası yanvarın 15-də davam etdiriləcək.
