|
KTN-də daha iki kadr dəyişikliyi

Kənd təsərrüfatı naziri İnam Kərimov növbəti kadr dəyişikliyi həyata keçirib.  Belə ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilib.

 

Nazirlər Kabinetinin 26 sentyabr 2018-ci il tarixli qərarı ilə yaradılan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 26 MMC daxildir.

 

Anar Hüseynov ile ilgili görsel sonucu

Qeyd edək ki, Anar Hüseynov daha əvvəllər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("Asan Xidmət") İnformasiya təminatı şöbəsinin rəhbəri vəzifəsində çalışıb. İnam Kərimov Prezident İlham Əliyevin 2018-ci il aprel ayının 21-də imzaladığı sərəncam ilə kənd təsərrüfatı naziri təyin edildikdən sonra, yeni nazirin sərəncamı ilə o, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri təyin olunmuşdu.

Vüqar Hüseynov ile ilgili görsel sonucu

Anar Hüseynovun yerinə isə daha öncə nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini vəzifəsində olan Vüqar Hüseynov təyin edilib. Vüqar Hüseynov 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun “Sosial-siyasi nəzəriyyələr” fakültəsinə daxil olub, 1997-ci ildə həmin institutu politoloq ixtisası üzrə bitirib.

“Vətəndaş”, “Rezonans”, “Vətəndaş Həmrəyliyi”, “Millət”, “Mərkəz”, “Xalq Cəbhəsi” qəzetlərində müxbir, şöbə müdiri, redaktor vəzifələrində işləyib.

2004-cü ildən ötən ilin sonunda ləğv edilən “Azəri-Press” İnformasiya Agentliyində (APA) baş redaktor, 2012-ci ilin noyabrından isə I vitse-prezident vəzifələrini tutub. 2013-cü ildə isə həmin şirkətə daxil olan və hazırda fəaliyyəti dayandırılan  APA TV-yə baş direktor vəzifəsinə təyinat alıb.

28 iyun 2018-ci ildə "APA Holding"də tutduğu vəzifədən ayrılıb, 5 iyul 2018-ci ildən Kənd Təsərrüfatı Nazirliyində İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini vəzifəsində çalışır. 

Onu da qeyd edək ki, İnam Kərimov nazir vəzifəsinə təyin edildikdən sonra bir sıra kadr islahatları həyata keçirib. Bu baxımdan o,  ən çox kadr dəyişikliyi edən nazir kimi də xarakterizə edilir.

Anar Hüseynov və Vüqar Hüseynov müsbət xarakterizə olunan kadrlardır. Onlara uğurlar diləyirik.