|
Tramp yanvarın 10-u ABŞ-Meksika sərhədinə yollanacaq

ABŞ prezidenti Donald Tramp yanvarın 10-u ABŞ-Meksika sərhədinə yollanacaq.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders öz "Twitter" səhifəsində yazıb.

 

S.Sanders bildirib: "Prezident Tramp humanitar böhranın və milli təhlükəsizlik böhranının ön cəbhəsində xidmət edənlərlə görüşmək üçün cümə axşamı cənub sərhədə yollanacaq. Əlavə təfərrüatlar daha sonra açıqlanacaq".