|
Münasibətləri korlanmasın deyə bu qərara gəldi

Ötən ay barışan Aslı Enver və Murad Boz yeni qərar qəbul ediblər.

 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük eyni evdə yaşamamaq qərarına gəlib. 

Məlumata görə, bunu Aslı istəyib. Belə ki, 2016-cı ildə Muradla eşq yaşamağa başlayan Enver eyni mənzili paylaşmağın münasibətlərinə mənfi təsir etdiyini söyləyib.

Qeyd edək ki, bundan əvvəl onlar eyni evi bölüşüb.