|
Parisdə etirazçılar nazirliyin həyətinə daxil olublar, hökümətin rəsmi nümayəndəsi təxliyə edilib

Fransada bir qrup etirazçı nazirliyin həyətinə daxil olub.

Trend-in "Parisien" qəzetinə istinadən verdiyi məlumata görə, yerli vaxtla 16:30 təxminən 15 nəfər nazirliyin həyətinə daxil olub və tikinti maşını ilə nazirliyin qapısını qırıblar.

Qəzetin mənbəsi bildirib ki, nazirliyin həyətinə daxil olan etirazçıların bir hissəsi qara paltarda, bir hissəsi isə sarı jiletlərdə olub.

Etirazçılar nazirliyin həyətinə daxil olduqdan sonra Fransa hökümətinin rəsmi nümayəndəsi Benjamen Qrivo və digər əməkdaşlar hadisə yerindən təxliyə ediliblər.