|
Məşhur rusiyalı teleaparıcı Azərbaycan dağlarında istirahət edir

“Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktor müavini, rusiyalı jurnalist və teleaparıcı Dmitri Kiselyov Şahdağ Qış-Yay Turizm Kompleksində istirahət edir.

Trend-in məlumatına görə, onunla fotoşəkli azərbaycanlı idmançı Ayla Seyid öz “İnstagram” səhifəsində yayımlayıb.

 

A.Seyid də hazırda "Şahdağ"da istirahət edir.